NASA Marsda “Ingenuity” helikopter-dronunun uçuşunu uğurla həyata keçirib.
Missiya.Az xəbər verir ki, NASA helikopterin uçuş anlarını canlı yayımlayıb.
1.8 kiloqram ağırlığında olan “Ingenuity” təyyarəsi 3 metr yüksəklikdə 30 saniyə boyunca qalır. Helikopter-dronun ilk uçuşu ABŞ-ın Şərq sahili vaxtı ilə saat 3:30-da (Bakı vaxtı ilə 11:30) nəzərdə tutulur. Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuşdur.
Qeyd edək ki, fevralın 18-də “Ingenuity” Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı helikopterə dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq. Sonrakı uçuşlar zamanı hündürlük beş metrə qədər artırılacaq.“Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.
Elvin
Missiya.Az