AZ   |   RU
Avstraliya Ukraynaya 14 zirehli BTR və 20 zirehli döyüş maşını verəcək

Avstraliya Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım edəcək.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albenizi Kiyevdə Ukrayna Prezidenti Volodmir Zelenski ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Avstraliya Ukraynanı dəstəkləyir və Kiyevə hərbi yardım göstərir.

“Avstraliya üstünlük əldə etmək və qalib gəlmək, öz suverenliyini qorumaq üçün lazım olduğu müddətcə Ukrayna hökumətini və xalqını dəstəkləməyə davam etməyə hazırdır. Siz qanunun aliliyini, beynəlxalq hüquq nizamını müdafiə edirsiniz.

Bu gün əlavə olaraq 100 milyon dollarlıq hərbi texniki yardımı elan edəcəyik. Ümumilikdə, 390 milyon dollar vermişik. Biz həmçinin əlavə 14 BTR və 20 “Bushmaster” zirehli döyüş maşını təqdim edirik”.


  • 3-07-2022, 21:04