AZ   |   RU
Bill Qeyts İtaliyadakı sarayını otelə çevirəcək - Ərəb ortağı ilə anlaşdı
 Amerikalı milyarder Bill Qeyts ərəb biznes ortağı Əl-Valid ibn Talal ilə birlikdə İtaliyanın paytaxtı Romada 17-ci əsrə aid "Palazzo Marini"
sarayı alıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə  "New York Post"  qəzeti məlumat yayıb. Bildirilir ki, milyonçular binanı otelə çevirməyi planlaşdırırlar.

Saray 1650-ci ildə memar Giovanni Lorenzo Bernini tərəfindən tikilib və sonrakı illərdə bir neçə zadəgan ailəsinin evi olub. 

Qeyts və Əl-Valid sarayın sonradan altı ulduzlu "Four Seasons" otelinə çevrilməsi üçün 170 milyon dollar ödəyiblər. 

Yerli sakinlər "Palazzo Marini"ni sarayının otelə çevrilməsinin Romaya daha çox turist cəlb edəcəyinə və iqtisadiyyata əlavə töhfə verəcəyinə ümid edirlər.

Qeyd edək ki, İtaliyanın paytaxtında fəaliyyət göstərən 1200 oteldən təxminən 410-u koronavirus pandemiyası dövründə bağlanıb.

Leyla Səməndər
Missiya.Az


  • 30-06-2022, 20:35