AZ   |   RU
Lukaşenko övladlarına sui-qəsd hazırlayan qrupunun yaxalandığını bildirib


Belarus prezidenti Aleksandr Lukaşenko onun övladlarına sui-qəsd hazırlayan qrupunun üzvlərinin yaxalandığını bildirib.

Bu barədə Missiya.Az xarici mətbuata istinadən xəbər verir.

Belarus rəhbəri qeyd edib ki, qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəlidir.

Dövlət başçısı qeyd edib ki, Belarusun xüsusi xidmət orqanları onun övladlarına qarşı sui-qəsdin qarşısını almağa müvəffəq olublar.

Lukaşenkonun sözlərinə görə, cinayətkarlar uzun müddət əməliyyata hazırlıq görüblər, hətta oğurlayacaqları şəxsləri saxlamaq üçün xüsusi zirzəmi hazırlayıblar.

Belarus prezidentinin sözlərinə görə, sui-qəsddə Amerikanın xüsusi xidmət orqanlarının əli ola bilər.

  • 17-04-2021, 21:34