AZ   |   RU
Azərbaycan Rumıniya şirkətlərini işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib

Bu gün Azərbaycanda əsas prioritet işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsidir.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası zamanı Azərbaycann kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədirova bildirib.

O, Rumıniya şirkətlərini ən müasir və innovativ texnologiyala sahib olduğunu diqqətə çatdırıb və işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa dəvət edib.

Nazir müavinin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sektoru olduqca cəlvedicidir.

O xatırladıb ki, Azərbaycanda bu sektor bütün növ vergilərdən azad olunub və müxtəlif subsidiyalarla əhatə edilir.

İ. Qədimova həmçinin hər il Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgilərindən geniş danışıb və Rumıniya şirkətlərini bu sərgilərdə öz məhsullarını təqdim etməyə və yaxından iştirak etməyə çağırıb.


  • 23-06-2022, 13:24