AZ   |   RU
ABŞ-dan Türkiyəyə dəstək bəyanatı: “Terrorla bağlı narahatlıqlarını qəbul edirik”

“Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətindən haqlı narahatlıq duyur.”

Missiya.Az haber global-a istinadən xəbər verir ki, bunu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müşaviri Karen Donfrid NATO-nun sessiyasında deyib. 

Türkiyənin terrorla bağlı haqlı narahatlıqlarını qəbul etdiklərini deyən Donfried bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqin bu mövzu ilə bağlı Ankara, Helsinki və Stokholmla rəsmiləri ilə görüşlər keçirəcək. 

Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı sessiya keçirib. Sessiyanın açılışında Komitə sədri, demokrat Bob Menendez ilə respublikaçı Cim Riş arasında Türkiyə ilə bağlı qısa mübahisə yaşanıb. Demokrat Menendez Türkiyənin sözügedən iki ölkənin NATO üzvlüyünə etirazının Rusiyanın maraqlarına xidmət etdiyini deyib. 

Respublikaçı Riş isə Menendezə cavabında bildirib ki, İsveçin də, Finlandiyanın da Türkiyə ilə danışıqlar aparmaq üçün yaxşı niyyətləri var.  Riş bu məsələni müzakirə tərəflərinin öhdəsinə buraxmağı təklif edib.


Teymur Aslanov
Missiya.Az







  • 23-06-2022, 11:53