AZ   |   RU
BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edilib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, iclasda əvvəlcə BDU Elmi Kitabxanasının 2021-ci il üzrə hesabatı dinlənilib.

Kitabxananın direktoru Nigar İsmayılova Elmi Kitabxananın strukturu, əməkdaşları, kitab fondu haqqında məlumat verib. O, qeyd edib ki, Elmi Kitabxananın fondunda 2 135 413 nüsxə sənəd qorunur. Kitabxana fondunun 67, 4 faizini elmi, 30,5 faizini tədris ədəbiyyatı, 2,1 faizini mübadilə ehtiyat fondu təşkil edir. 2021-ci ildə kitabxana fonduna 7 204 nüsxə sənəd və 24 adda 9 982 nüsxə qəzet daxil olub. Elmi Kitabxana Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi statusunu daşıyır və 30-dan artıq ölkədaxili universitet kitabxanası, 40 xarici ölkənin 50-yə yaxın aparıcı kitabxanası ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Elmi Kitabxananın elektronlaşdırılması da artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda oxucular BDU-nun 24 saat fəaliyyət göstərən elektron kitabxanasının xidmətlərindən istifadə edə biləcəklər.

Daha sonra Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 8 fakültəsi üzrə 75 nəfər professor vəzifəsinə təsdiqlənib.



  • 22-06-2022, 17:41