AZ   |   RU
Səfər Mehdiyev Prezident Administrasiyasına ÇAĞIRILDI

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

Missiya.Az
gununsesi.info-ya istinadən xəbər verir ki, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.


Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.



  • 22-06-2022, 17:40