AZ   |   RU

Aİ səfiri Litvaya görə Rusiya XİN-ə çağırılıb



Avropa İttifaqının səfiri Markus Ederer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, avropalı diplomat Litvanın Kalininqrad vilayətinə bir sıra malların tranzitini qadağan etmək qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə gəlib.

Qeyd edək ki, Rusiya XİN dünən Litvaya xəbərdarlıq edib. Rəsmi Moskvanın xarici siyasət idarəsinin yaydığı bəyanatda Litva tərəfinin beynəlxalq hüququn öhdəlikləri, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımları açıq düşmənçilik kimi qiymətləndirilib. Qeyd olunub ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, o zaman Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

Baxış sayı: 86
  • 21-06-2022, 12:41