AZ   |   RU
Rusiya Ukraynanın Aİ-ə üzv olmasının əleyhinə deyil-Putin

Biz Ukraynanın Avropa Birliyinə üzv olmasına qarşı deyilik. Bu hərbi blok deyil.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda müzakirələr zamanı söyləyib.

Putin Ukraynada gedən hərbi əməliyyatları faciə adlandırıb amma Rusiyaya başqa seçim yolu qoyulmadığını əlavə edib.

O həmçinin, Rusiyanın heç kəsi nüvə silahı ilə təhdid etmədiyini lakin ölkənin suverenliyini qorumaq üçün nüvə silahı tətbiq edə biləcəklərini deyib.


  • 17-06-2022, 20:04