AZ   |   RU
İran kəşfiyyatı İstanbulda israilli turistləri qaçırmaq istəyib - İsrail XİN-dən XƏBƏRDARLIQ

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrail Xüsusi Kəşfiyyat orqanı MOSSAD-ın məlumatları əsasında İranın İstanbulda keçirməyi planlaşdırdığı terror hadisəsinin qarşısını alıb.

Missiya.Az
“haber7.com”a istinadən xəbər verir ki, bununla bağlı İsrailin xarici işlər naziri Yair Lapid sosial media hesabında paylaşım edib.

Məlumata görə,  İranın xüsusi xidmət orqanları Türkiyədə İsrail vətəndaşı olan turistləri qaçırmağa cəhd göstərib. Türkiyənin Milli İstihbarat Təşkilatı  MOSAD-ın kəşfiyyat məlumatı əsasında təxribat cəhdinin qarşısını alıb.

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyə hökumətinə təhlükəsizliyi təmin etdiyi üçün təşəkkürünü bildirib. "İranın israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səfər etməməyə çağırıram. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyə hökumətinə təşəkkür edirik".

İsrail rəsmisi paylaşımında İrana xəbərdarlıq da edib: “Hər kim israillilərə qarşı pislik etməyə çalışsa, İsrail onu hər yerdə cəzalandıracaq”.

Teymur Aslanov
Missiya.Az


  • 14-06-2022, 17:08