AZ   |   RU
“Qarabağı itirdikdən sonra müstəqil bir dövlət qazandıq” - Paşinyan

“44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirdik, amma daha suveren və müstəqil bir dövlət qazandıq”.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universitetində çıxışı zamanı deyib.


O, bildirib ki, Ermənistan müstəqil dövlətdir və sərhədlərini özü qoruya bilər.


“Biz Rusiya Federasiyasına bu müddət ərzində bizə göstərdiyi dəstəyə görə təşəkkür etdik, lakin dedik ki, bilirsiniz, biz dövlət olaraq yetkinləşmişik, sərhəd məntəqələrimizə özümüz nəzarət edə bilərik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 4-06-2025, 15:34