AZ   |   RU
"Hazırda ABŞ-nin qoşunlarını Avropadan çıxarmaq planı yoxdur" - NATO-nun Baş katibi

"Hazırda ABŞ-nin qoşunlarını Avropadan çıxarmaq planı yoxdur".


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Ukrayna Müdafiə Təmas Qrupunun iclası öncəsi jurnalistlərin sullarını cavablandırarkən deyib.


Onun sözlərinə görə, ABŞ tamamilə NATO-ya sadiq bir ölkədir.


“Onlar NATO-da avropalı və kanadalı müttəfiqlərin daha çox pul xərcləməsini gözləyirlər. Ona görə də biz ilk növbədə xərcləri artırmalıyıq, çünki biz bütün bu qabiliyyət hədəflərinə çatmalıyıq və boşluqları aradan qaldırmalıyıq. Bundan əlavə 3-5 ildən sonra bizə hücum etmək istəsələr, ruslarla da döyüşə bilərik, digər tərəfdən isə ABŞ ilə bərabərliyi əldə edərik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 4-06-2025, 15:06