AZ   |   RU
Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi açıqlanıb
Bu günə qədər Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi 4,2 milyon ABŞ dolları dəyərindədir.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən Pakistan şirkətlərinin sayı 2 238-dir.

Nazir müavini deyib ki, Azərbaycanla Pakistan arasında ticarət əlaqələri əməkdaşlığımızın əsasını təşkil edir: 
"Yüksək səviyyədə olan ticarət əlaqələri ikitərəfli münasibətlərin inkişafı üçün münasib şərait, imkan yaradır. Bizim əməkdaşlığımızın əsas istiqamətləri müdafiə, energetika, infrastruktur, İnformasiya texnologiyaları sahələridir.

2020-ci ildə həyata keçirilmiş işlər nəticəsində ölkələr arasında ticarət dövriyyəsi 9,6 milyon ABŞ dolları təşkil edib, 2021-ci ildə isə ticarət dövriyyəsi 2,5 dəfə artıb. Ümid edirik ki, bu göstərici artacaq. Çünki ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının geniş potensialı var".


  • 7-06-2022, 19:45