AZ   |   RU
"Ukraynaya Qara dənizi minalardan təmizləmək üçün təxminən 6 ay vaxt lazım olacaq" - Taras Vısotski

“Rusiya Qara dəniz limanlarından blokadanı qaldırsa belə Ukraynaya suyu minalardan təmizləmək üçün təxminən 6 ay vaxt lazım olacaq.”

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın aqrar siyasət və ərzaq nazirinin birinci müavini Taras Vısotski Beynəlxalq Taxıl Şurasının konfrasında deyib. 

Vısotski bildirib ki, Rusiya blokadanı götürməkdən imtina edərsə, o zaman Ukrayna ayda iki milyon ton taxıl ixrac edə biləcək. 

Qeyd edək ki, müharibədən əvvəl Ukrayna ayda 6 milyon tona yaxın taxıl ixrac edə bilirdi.

Daşqın Həsənov 
Missiya.Az 


  • 7-06-2022, 17:07