AZ   |   RU
"Ukrayna taxıl ixracını bərpa etmək üçün Qara dənizdəki minaları təmizləməlidir" - Peskov

Ukrayna gəmiləri taxıl ixracını bərpa etmək üçün ilk növbədə Qara dənizdə yerləşdirdiyi minaları təmizləməlidir.

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Ukrayna buna əməl edəcəyi təqdirdə hərbiçilərimiz tərəfindən yoxlanılan gəmilər limanlara daxil olaraq, taxıl yükləyəcək və bizim köməyimizlə beynəlxalq sulara cıxış imkanı əldə edəcək.

Qeyd edək ki, Rusiya ordusu Ukraynanın cənub sahillərinin çox hissəsini ələ keçirərək, onun gəmilərin Qara dəniz limanlarına çıxışına nəzarət edir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 7-06-2022, 15:50