AZ   |   RU
"Türkiyə Qara dəniz limanlarından qalan taxılın ixracı üçün dəhliz yaratmaqda maraqlıdır" - Hulusi Akar

“Türkiyə Ukrayna limanlarından taxıl ixracına yaranan maneələrin aradan qaldırılmasının tərəfdarıdır.”

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. 

Akar bildirib ki, Türkiyə Qara dəniz limanlarında qalan taxılın ixracı üçün dəhliz yaratmaqda maraqlıdır və bunun üçün səy göstərir. 

“Biz bu məsələ ilə bağlı ən qısa zamanda nəticə əldə etməyi hədəfləyirik. Biz Rusiya və Ukrayna ilə dialoqu davam etdiririk. Taxıl ixracı ilə bağlı müzakirə mövzusu olaraq qalan texniki məsələlər var. Hazırda Türkiyə bu prosesi koordinasiya edir.” 
Akar dialoqu ləngidən məqamların olub-olmaması ilə bağlı suala belə cavab verib.

“Əsas problem inamdır. Tərəflər müəyyən məsələlərdə bir-birinə qarşı təminat verməlidir. Biz də öz növbəmizdə bu etimad mühitini təmin etməyə çalışırıq.”

Daşqın Həsənov 
Missiya.Az 


  • 7-06-2022, 15:43