AZ   |   RU
Ukrayna 75 milyon ton taxılı ixrac etmək üçün yollar axtarır

“Bu ilin payızına kimi Ukraynada 75 milyon ton taxıl ehtiyatı qala bilər. Kiyevə həmin taxılın ixracının təhlükəsiz keçidini təmin etmək üçün gəmi əleyhinə silahlar lazımdır.”

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi brifinq zamanı deyib. 

Zelenksi bildirib ki, Ukrayna taxıl ixracını Qara dənizin Rusiyanın nəzarətində olan sahillərindən keçidinə zəmanət verəcək üçüncü ölkələrlə - Böyük Britaniya və Türkiyə ilə müzakirə aparır.

Daşqın Həsənov 
Missiya.Az 


  • 6-06-2022, 18:03