AZ   |   RU
Putin silah tədarükünü tənqid edib, Qərbi hədələdi


Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya silah tədarükünü tənqid edib. 

Missiya.
Az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Putin Ukraynaya verilən silahların məqsədinin münaqişəni mümkün qədər uzatmaq olduğunu deyib. Rusiya prezidenti bu cür silahların Ukrayna höküməti üçün hərbi vəziyyəti dəyişdirə bilməyəcəyini bildirib. 

Putin qeyd edib ki, Kiyev daha uzaqmənzilli silahlar alarsa, Moskva müvafiq nəticələr çıxaracaq. 
“Hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün bizdə kifayət qədər məhvedici vasitələrdən istifadə edəcəyik”.

Daşqın Həsənov 
Missiya.Az 


  • 6-06-2022, 16:36