AZ   |   RU
Ukrayna ordusu bu şəhəri tərk edir, bölgədə qalan sakinləri "satqın" adlandırır

"Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətini tərk edir, sakinlərini satqın adlandırır." 
 
Missiya.Az 
“tass.ru”ya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Zaporojye vilayətinin qondarma hərbi-mülki administrasiyasının baş şurasının üzvü Vladimir Roqov deyib. 
 
Vladimir Roqov bildirib ki, Ukrayna telekommunikasiya operatorları bölgədə işini dayandırıb. 
 
“Çünki Kiyev regionda dinc həyat haqqında məlumatın olmasını istəmir. Həmçinin işğal edilmiş ərazilərin sakinləri Rusiya vətəndaşlığı üçün müraciət etdikdə “vətən xaini” adlandırılır. Ukraynanın bu ərazilərdən faktiki imtina etdiyini göstərir” - deyə o, vurğulayıb. 
 
Xatırladaq ki, Zaporojye vilayətinin təxminən 70%-ni işğal edilib. Eyni zamanda, vilayət mərkəzi - region əhalisinin demək olar ki, yarısının yaşadığı Zaporojye şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.

Zərintac Mayisqızı
Missiya.Az


  • 6-06-2022, 16:28