AZ   |   RU
TƏBİB qəzada xəsarət alanlarla bağlı məlumat yaydı
Şəki şəhərində avtobus aşması zamanı xəsarət alan 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə Missiya.Az TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. 1 nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı dizaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

  • 5-06-2022, 20:00