AZ   |   RU
AKP Ərdoğanın prezident seçkilərində namizədliyini irəli sürüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayının yekunlarına görə bildirib.

Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və ifrat sağçı Milliyyətçi Hərəkat Partiyası daxildir.

Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Bundan əlavə, altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.

  • 4-06-2022, 20:08