AZ   |   RU
Belarus Ukrayna və Rusiya sərhədində səfərbərlik təlimlərinə başlayır

Belarus iyun və iyul aylarında cənubda ukrayna, şərqdə isə Rusiya ilə həmsərhəd olan Qomel vilayətində hərbi səfərbərlik təlimləri keçirəcək. 

Missiya.Az
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Qomel vilayətinin hərbi komissarı Andrey Krivonosov məlumat yayıb. 

Krivonosov bildirib ki, bu cür tədbirlər ənənəvi olaraq hərbi komissarlıqların döyüş və səfərbərlik hazırlığının artırılması, xidmətə cəlb olunanların biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 31-05-2022, 14:20