Çərşənbə axşamı 10 İyun 2025 / 8:56:06
                    AZ   |   RU
Azərbaycanda təhsil sistemində adambaşına maliyyələşməyə keçid planlaşdırılır
"Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınması planlaşdırılır".

Missiya.Az
report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir islahatın yaxın 2-3 il ərzində həyata keçirilməsi nəzərdə tutulur: "Bu, prinsip etibarilə daha məntiqli və asan görünür".

Nazir bildirib ki, uşaq bağçalarının infrastruktur tələbi müasir reallıqlara uyğunlaşmalıdır: "Bu sahədə özəl bağçalarla əməkdaşlıq edilə bilər".



  • 31-05-2022, 13:15