AZ   |   RU
Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək

Sabah Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Türkiyəyə rəsmi səfəri olacaq.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub. Bunun ardınca nümayəndə heyəti səviyyəsində danışıqlar aparılacaq.

Nazirlik vurğulayıb ki, iki lider Pakistan-Türkiyə ikitərəfli münasibətlərinin bütün spektrini əhatə etməklə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Hər iki lider görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edəcək. Prezident R.T.Ərdoğan Baş nazirin şərəfinə şam yeməyi verəcək.

Qeyd edək ki, bu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Türkiyəyə ilk rəsmi səfəridir.


  • 30-05-2022, 16:41