AZ   |   RU
Zelenskidən Qərb dövlətlərinə çağırış: "Rusiya ilə oynamayın, müharibəyə son qoyun"

Ukrayna prezidenti Volodimir Zelenski Qərb dövlətlərini Rusiya ilə oynamağı dayandırmağa və ölkəsindəki məntiqsiz müharibəyə son qoymaq üçün Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Missiya.Az
“Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Zelenski Ukraynanın nəyin bahasına olursa olsun müstəqilliyini əldən verməyəcəyini deyib.

Volodimir Zelenski bildirib ki, Ukrayna hər zaman müstəqil olacaq və dağılmayacaq. 

“Yeganə sual odur ki, Rusiya bizə qarşı bu mənasız müharibəyə görə hansı bədəli ödəyəcək.”

Daşqın Həsənov 
Missiya.Az 


  • 27-05-2022, 10:27