AZ   |   RU
"Barselona"nın sabiq vitse-prezidenti Bakıya gəlir


İspaniyanın "Barselona" klubunun sabiq vitse-prezidenti Emili Rousaud Pares Bakıya gələcək.

Missiya.Az
xəbər verir ki, 56 yaşlı fuknsioner mayın 24-də İspaniyanın “Antiguoko Futbol Akademiyası”nın filialının açılışında iştirak üçün Azərbaycana səfər edəcək.

İspaniya millisinin sabiq üzvləri Xabi Alonso ilə Arits Aduris və hazırda İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta bu akademiyanın yetirmələridir.

Azərbaycanın əməkdar məşqçisi, UEFA-nın A lisenziyalı məşqçisı Zamin Əsədullayev Bakıdakı akademiyada məşqlərə rəhbərlik edir.

  • 23-05-2022, 21:21