AZ   |   RU
İyunda Şuşada genişmiqyaslı biznes tədbiri keçiriləcək
  
"Şuşada iyun ayında genişmiqyaslı biznes tədbiri keçirməyi planlaşdırmışıq".

Missiya.Az 
APA -ya istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, biznes tədbirin məqsədi Şuşadakı abidələrin bərpasına diqqəti çəkməkdir: "Məqsəd Şuşadakı tarixi və mədəni abidələrin bərpasına diqqəti çəkmək və ona nail olmaqdır".

Katib Qarabağ zəfərini türk dünyasının zəfəri adlandırıb: "Sözsüz ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir".


  • 19-05-2022, 15:07