AZ   |   RU
İlham Əliyev Vladimir Putin ilə Qarabağ məsələsini müzakirə edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.


  • 8-04-2021, 20:21