AZ   |   RU
Consonun sözçüsü: “Putinlə münasibətlər heç vaxt normallaşa bilməz”
Rusiya Prezidenti Vladimir Putinlə münasibətlər heç vaxt normallaşa bilməz.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Consonun mətbuat katibi onun isveçli həmkarı Maqdalena Andressonla görüşündən sonra verdiyi açıqlamasında deyib.

O bildirib ki, görüş zamanı hər iki lider Vladimir Putinlə əlaqələrin Ukraynanın işğalı səbəbi ilə heç vaxt normallaşa bilməyəcəyini qeyd edib.

“Reuters“in xəbərinə görə, Baş nazirlər Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində beynəlxalq təhlükəsizlik arxitekturasının fundamental şəkildə dəyişməsində həmfikir olublar.

  • 11-05-2022, 20:24