AZ   |   RU
Yasamal rayonunda həssas təbəqədən olan uşaqlar üçün bədən tərbiyəsi aksiyasının təqdimatı olub




Bu gün Yasamal rayonunda həssas təbəqədən olan uşaqlar üçün bədən tərbiyəsi aksiyasının təqdimatı olub. 

Missiya.Az Yasamal Rayon İcra Hakimiyyətinin facebook səhifəsinə istinadən xəbər verir ki, Olimpiya çempionu Fərid Mansurovun dəvəti ilə tədbirə Gənclər və İdman naziri Fərid Qayıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev,Ülvi Quliyev, İlham Məmmədov, həmçinin idman ictimaiyyətinin nümayəndələri qatıldılar.

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki,  bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Qeyd olundu ki, həssas təbəqədən olan uşaqlar üçün idman tədbirlərinin təşkili çox təqdirəlayiq bir haldır. Bu cür uşaqların qayğısına qalmalı və diqqət göstərməliyik, onlar üçün hər cür şərait yaradılmalıdır. 

Tədbir yarış qaliblərinin mükafatlandırılması ilə başa çatdı.





  • 11-05-2022, 17:13