AZ   |   RU
Türkiyə XİN rəhbəri: “Müttəfiqlərdən birinə hücum olarsa, NATO Rusiyaya lazımi cavabı verəcək”

“Şimali Atlantika Alyansı müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”.

Missiya.Az 
Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.

Xarici işlər naziri qeyd edib ki, alyans Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil:

“NATO-nun mövqeyi bəllidir. Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”.


  • 1-05-2022, 20:37