AZ   |   RU
"Azovstal"da mühasirədə qalan Ukrayna hərbçiləri bu ölkəyə təxliyyə olunmaq istəyir

“Mariupol şəhərindəki “Azovstal” sənaye bölgəsində olan silahlılar Türkiyəyə təxliyə olunmağı xahış edirlər.” 

Missiya.Az
“ria.ru”ya istinadən xəbər verir ki, bu sözləri qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin “Solovyov Live”-nin efirində deyib.

O bildirib ki, “Azovstal”-da mühasirədə qalan hərbçilər Türkiyədə tərksilah olunmağa hazır olduqlarını deyirlər. 

Qondarma rejimin rəhbəri ukraynalı hərbçilərin bu təklifinin qəbuledilməz və cəfəng olduğunu bildirib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Mariupol şəhərinin tam nəzarətə götürüldüyünü, lakin şəhərin “Azovstal” sənaye bölgəsində ukraynalı hərbçilərin mühasirədə qaldığını bildirmişdi. Putin isə sənaye bölgəsinə hücumların dayandırılması, zavodların ətrafının qapadılması barədə əmr vermişdi. 

Qeyd edək ki, Rusiya hökuməti təslim olan hərbçilərin təhlükəsizliyinə tam təminat verdiklərini bəyan edir. 

Elvin
Missiya.Az


  • 26-04-2022, 14:26