AZ   |   RU
Robert Köçəryan: “44 günlük müharibənin nəticəsi ermənilərə şok yaşatdı...”

“Sən demə biz bir dəfə də olsun uğurlu əməliyyat keçirməmişik”

Ermənistanın sabiq prezidenti, Xocalı qatillərindən olan Robert Köçəryan Rusiyanın Birinci kanalında yayımlanan “Pozner” proqramının qonağı olub.

Missiya.Az
xəbər verir ki, Köçəryana ünvanlanmış suallardan biri də Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən ötən il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatla bağlı olub.

Sabiq prezident, “Buna görə Paşinyanı qınayırsınızmı?” sualına verdiyi cavabda, Ermənistan cəmiyyətinin yaşadığı şokdan danışıb: “Məsələ bir qədər başqa cür idi. Müharibə 44 gün davam etdi. Müharibənin ikinci günü ölkədə hərbi vəziyyət elan olundu. Mətbuat və sosial şəbəkələr tam nəzarətə götürüldü. 44 gün insanlara qalib gəldiyimizə dair yalan məlumatlar verdilər. Deyirdilər ki, irəliləyirik, üstünlük bizim tərəfdədir. Amma mən nə baş verdiyini bilirdim. Məlumatlı insanlar həqiqətin nədən ibarət olduğunu bilirdilər. Amma əhaliyə yalan informasiyalar çatdırılırdı. Bax, elə buna görə də üçtərəfli bəyanat Ermənistanda çoxları üçün şok effekti yaratdı. Məlum oldu ki, sən demə, bizim bir dəfə də olsun uğurlu əməliyyatımız olmayıb. Uğursuzluq dalınca uğursuzluq... Bunu normativ leksikonla ifadə etmək mümkün deyil”. – deyə, Köçəryan bildirib.

Missiya.Az

  • 6-04-2021, 12:49