AZ   |   RU
FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Missiya.Az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

  • 3-04-2022, 21:18