AZ   |   RU
Elmar Qasımov bürünc medal qazandı
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük dəbilqə”ni bürünc medalla başa vurub. 

100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük dəbilqə"ni 1 bürünc medalla bitirib.

Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu. 

  • 3-04-2022, 20:37