AZ   |   RU
Ukrayna səfirliyi Bakıdakı partlayışla bağlı paylaşım edib
Ukraynanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı paylaşım edib.

Səfirliyin rəsmi feysbuk hesabında edilən paylaşımda bildirilir:

“Bakının mərkəzində gecə baş verən partlayış nəticəsində ölənlərin olması xəbəri bizi son dərəcə sarsıtdı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik”.

  • 3-04-2022, 20:15