Çərşənbə axşamı 20 May 2025 / 4:13:15
                    AZ   |   RU
Qərbin ətəyindən yapışan və Rusiyanın ayağına sarılan Ermənistan
Ermənistannın 4 hərbi təyyarəsini və pilotlarını Ukraynada döyüşlərdə istifadə olunması üçün Rusiyaya yola salnması gündəmin əsas müzakirə mövzularındandır. 

Burada əsas diqqəti Paşinyan hökümətinin qeyri-səmimi, ardenal olmayan siysətinə çəkmək daha doğru olar. 
Rəsmi İrəvanın 4 ədəd "Su-30" tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə Rusiyanın tabeliyinə verilməsini ermənilərin çoxüzlü siyasətinin, uzaq strategiyaya deyil, hakimiyyət ömrünü uzatmağa yönələn addımlarının konteksndə dəyərlənirsək, ortaya bir çox məqamlar çıxar. 
Birincisinə istinad edək: Ermənistan belə güclü hərbi arsenala malikdirsə, Azərbacanla müharibədə onlardan yararlanaraq niyə qalib gəlmədi? Deməli məqsəd Rusiyaya həqiqətən hərbi yardım göstərmək deyil, hərbi yardım görüntüsü ilə blef etməkdir, özünü Rusiyanın yanında “yaxşı oğlan” kimi göstrməyə cəhddir. Suriyalı muzdlu döyüşçülərin də Ukraynada döyüşlərə cəlb olunmaq üçün Ermənistan ərazisindən Rusiyaya yola salındığı barədə informasiyalar var. Əlbəttə həmin suriyalı muzdularn Ukraynada döyüşməsi müharibənin gedişatına təsir edə bilməyəcək, güc balansında hər hansı dəyişiklik yaşanmayacaq. Çünki, məhz Rusiya-Ukrayna müharibəsini əsgərlər yox, böyük güclər başladıb və onlar da hara qədər, necə idarə edəcəklərini öncədən bilirlər. Ermənistan Rusiyadan dərin uçurum səviyyəsi qədər uzaqda qalmasın deyə, belə ucuz səylər göstərə bilər. Halbuki bu səylər anındaca fiaskoya uğrayır. Necə? Bax belə:

- Paşinyan Qərbin hakimiyyətə gətirdiyi fiqurdur. Məqsəd Rusiyanın regionda sıxışdırlması prosesini bir qədər də dərinləşdirməkdir. Təbii ki, Paşinyan Qərbin istədiyini edə bilmədi, bacarıqsızlığı onun arxasında dayananları peşman etdi. Vəziyyətin belə alınamsında Azərbaycanın rolu danılmazdır. Artıq Prşinyan Qərbin vəfasız olduğunu gec də olsa dərk edib. Ona görə də Rusiya ilə münasibətlərini də kəskinləşdirmək istəmir. Digər tərəfdən özünü Avropa meyilli siyasətçi kimi də aparmağı unutmur. Ermənistanın NATO-ya meyilləndiyini göstərən xeyli fakt var. Siyasi meydanda çoxdan ölmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbacanla Ermənistan arasında sülh danışıqlarına vasitəçi olması ilə bağlı səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Paşinyan guya özlüyündə balanslaşdırılmış siyasət yürüdür. 


NATO-ya üzv olmaq istəyi, ATƏT həmsədrlərinin dirildilməsi arzusu nədir, Ukraynaya qarşı Rusiyaya dəstək vermək hərəkəti nədir? Belə siyasətə kim inanar, kim belə bağlayar?

Çoxüzlülərin əsl simasını tapa bilmədiklərinə görə, onları həmişə ətrafdan təcrid edirlər. 

Eldar Orucov

  • 2-04-2022, 16:02