Rusiya Prezidenti Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi tədbirlər haqqında fərman imzalayıb.
Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya dövlət başçısı dekabrın 31-dək ölkə hüdudlarından kənara məhsulların və xammalın ixracına qadağa qoyulmasını tapşırıb ki, bu qadağaların siyahısı hökumət tərəfindən müəyyən ediləcək.
Fərmana əsasən, bu tədbirlər Rusiya vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən şəxsi istifadə üçün Rusiyadan ixrac edilən və ya ölkəyə gətirilən məhsullara və xammala şamil edilməyəcək.
Putin hökumətə bir gün ərzində bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı xarici dövlətlərin siyahılarını müəyyən etməyi tapşırıb.