Türk Ağsaqqallar Birliyi - TAİB-nin Təşkilat Komitəsinin sədri Südeyif İmamverdiyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasinəti ilə Azərbaycan xanımlarını təbrik edib. Təbrikdə deyilir:
"Azərbaycan qadını hər zaman istər dövlət idarəçiliyində, istərsə də ölkənin ictimai-siyasi, sosial, mədəni, elmi sahələrində fəal iştirakı ilə fərqlənmiş, dövlətçiliyimizin inkişafına mühüm töhfələr vermişdir. Bununla yanaşı, müqəddəs Ana adını daima uca tutan Azərbaycan qadını, fədakarlıq və cəsurluq nümayiş etdirərək mübarizlik simvoluna çevrilmişdir. Azərbaycan qadını Birinci və İkinci Qarabağ müharibələrində döyüş meydanlarında böyük şücaət göstərmişdir. Məhz Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı övladlar torpaqlarımızı işğaldan azad etdi, vətənimizin bütövlüyünü təmin etdilər.
Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq dövlət qadın siyasəti həyata keçirilir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti, cənab prezidentimiz tərəfindən uğurla və layiqli şəkildə davam etdirilir. Dövlətimiz tərəfindən bu sahənin inkşafı ilə bağlı bir sıra qanunlar, sərəncamlar imzalanmış, dövlət proqramları həyata keçirilmişdir. Bunun da nəticəsidir ki, cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilmiş qadınlar hər bir sahədə aktiv fəaliyyətləri ilə seçilirlər.
Bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, cansağlığı, qadın xoşbəxtliyi və fəaliyyətlərində uğurlar arzulayıram".