AZ   |   RU
Rusiyanın Ukraynada daha bir generalı öldürüldü
Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu.

“Qafqazinfo”

  • 8-03-2022, 09:12