AZ   |   RU
BMT: Ukraynada müharibə başlayandan 331 mülki şəxs həlak olub

Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.

Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, BMT ölkədə insan itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.

Məlumata görə, müharibə başlayandan azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.

Ölənlərdən 19-u uşaqdır.

Qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket zərbələrindən ölüb.

"Report"
Xatırladaq ki, martın 3-də Çerniqovda Rusiya aviasiyasının bombardmanı nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub.


  • 4-03-2022, 20:58