Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazir Ceyhun Bayramov Azərbaycanın dost Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini söyləyib və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verib.
Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin ikitərəfli əlaqələrin inkişafına sadıq olduğunu qeyd edib. Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə, habelə həyata keçirilən məlumat mübadiləsinə görə təşəkkürünü bildirib. Səfir, ölkəsinin bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu və bununla əlaqədar, 2020-ci ilin noyabr tarixli üçtərəfli bəyanatın tam icrasını dəstəklədiyini qeyd edib. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu etdi. Səfir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, idman və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söylədi və bu əlaqələrin gələcək inkişafı üçün potensialın mövcudluğunu vurğulayıb.
Ceyhun Bayramov səfir Luis Antonio Dimate Kardenasa ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində