AZ   |   RU
"Müşfiq Abbasovun komandasının bizimlə heç bir əlaqəsi yoxdur" - Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı yaşanan qalmaqalla bağlı açıqlama verib. 

Nazirliyin Media ilə iş sektorunun müdiri Türkan Cəfərova Missiya.Az-a açıqlamasında bildirib ki, Nazirliyə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb.

“Bildirmək istərdik ki, adı hallanan klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - açıqlamada bildirilib. 
 
Qeyd edək ki, KVN komandasının bu addımı böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri komanda rəhbərliyinin ermənilərin tələbi ilə adın dəyişdirilməsinə etiraz edirlər. 

Missiya.Az

  • 24-01-2022, 12:26