AZ   |   RU
İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

Missiya.Az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".


  • 14-01-2022, 10:55