AZ   |   RU
BDU-da "Milli birliyimiz həmrəyliyimizdir" adlı tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan "Milli birliyimiz həmrəyliyimizdir" adlı tədbir keçirilib. Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə və Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli BDU SABAH qruplarının tələbləri ilə görüşüb.

BDU SABAH Mərkəzi və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin yaranması üçün bu bayram gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bundan sonra xaricdəki soydaşlarımızın həmrəyliyi prosesi daha da sürətlənib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsi dövründə də xaricdəki soydaşlarımız da səfərbər oldu və Ali Baş Komandan İlham Əliyevin yumruğu ətrafında birləşdi.

“Rus Velikaya" fondunun vitse-prezidenti, ictimai xadim, diaspor üzvü Səadət Qarayeva, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oyta, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə və Alman-Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmli xaricdən bağlantıya qoşularaq qarşıdan gələn bayramlar münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər.


  • 21-12-2021, 17:58