AZ   |   RU
Daşkəsəndə 600 kq-dan artıq çətənə bitkisi məhv edilib

Daşkəsəndə yabanı halda bitən 600 kq-dan artıq çətənə bitkisi məhv edilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayonunda polis əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 634 kq olan 712 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.




  • Bu gün, 11:18