AZ   |   RU
Şimali Koreyadan Rusiyaya kütləvi miqrant axını


Rusiya-Ukrayna müharibəsi səbəbindən böyük işçi çatışmazlığı ilə üz-üzə qalan Moskvaya Şimali Koreyadan minlərlə miqrant göndərilir.


Missiya.Az "BBC"yə istinadən xəbər verir ki, Rusiya getdikcə Şimali Koreya fəhlələrinə arxalanır.


Bildirilir ki, Şimali Koreyadan olan işçilər tikinti sahələrinə gətirilirlər və onlara kiminləsə danışmaq və ya hər hansı bir şeyə baxmaq qadağan edilib. Onlar 18 saatdan çox iş fəaliyyətinə cəlb olunub və il üzrə sadəcə 2 gün istirahətləri var.



İlahə Qənbərli
Missiya.Az




  • Dünən, 14:56