AZ   |   RU
İran hökumətinin sözçüsü Zəngəzurla bağlı açıqlama verdi - “Sərhədlərimiz təhlükədə deyil”

“Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir”.


Missiya.Az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.


“İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlərdəndir. Xarici qüvvələrin regiona müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik”, - deyə sözçü vurğulayıb. 


Mühacirani qeyd edib ki, media məsələni elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Reallıqda bu, bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:12