AZ   |   RU
Belarus və Rusiya birgə hərbi təlimlərə başladı


Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin “Qərb-2025” birgə strateji təlimi 2025-ci il sentyabrın 12-dən 16-dək keçiriləcək. 


Missiya.Az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. 


Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd Belarus və Rusiya Federasiyasının İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarını və mümkün təcavüzü dəf etməyə hazırlığını yoxlamaqdır. 


Qeyd edək ki, təlimlərə Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı nəzarət edəcək.



Nurlana Əhmədova
Missiya.Az




  • Dünən, 15:50